“Cüdoçularımız İrəvana getməsinlər, əks təqdirdə...”
18.08.2009 - 16:38
Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 11-13 sentyabrda Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyinə etirazını bildirib. Apasport.az saytının məlumatına görə, bununla bağlı təşkilat bəyanat yayıb.
Bildirilir ki, Azərbaycan nümayəndə heyətinin İrəvana getmək niyyəti ölkəmizin əleyhinə işləyən amildir: “İşğalçı Ermənistan bu yolla təcavüzkar aktını unutdurmağa, beynəlxalq aləmdə yanlış təsəvvür yaratmağa çalışır. Ermənistan bu məkrli siyasətində idmançılarımızdan da istifadə etməyə çalışır”.
QAT gənclər və idman naziri Azad Rəhimov, eləcə də Cüdo Federasiyasının rəhbərliyini bu məsələyə təcili aydınlıq gətirməyə çağırıb. Təşkilat hesab edir ki, Ermənistandakı yarışa getmək lazım deyil. Əks təqdirdə, QAT həm Gənclər və İdman Nazirliyinin, həm də Cüdo Federasiyasının qarşısında etiraz aksiyalarına başlayacaq, həmçinin digər təsirli vasitələrdən istifadə edəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0