Rekordlardan doyan Bolt yeni arzuya düşüb
21.08.2009 - 13:20
Almaniyanın Berlin şəhərində keçirilən atletika üzrə dünya çempionatında 2 qızıl medal qazanan Useyn Bolt hələ də arzusuna çatmayıb. Apasport.az saytının məlumatına görə, 100 və 200 m məsafəyə qaçmaqda çempion titulunu qazanmaqla yanaşı, özünə məxsus dünya rekordlarını yeniləyən yamaykalı idmançı əfsanəyə çevrilməsinin rəsmiləşməsini istəyir: “Mən artıq əfsanə olmaq yolundayam. Əgər Britaniya kraliçası Yelizaveta mənə cəngavər adı versə və bundan sonra ser Useyn Bolt adlansam, çox sevinərəm. O ki qaldı, növbəti qələbələrimə, mən startı düzgün götürürəm. Bu da həlledici olur. Berlindəki nəticələrlə sübut etdim ki, Pekin Olimpiadasındakı rekordlarım zarafat deyildi”.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0