“Fənərbaxça”da növbəti azərbaycanlı
09.09.2009 - 00:57
Sentyabrın 18-dən 20-dək Rusiyanın paytaxtı Moskvada yüngül atletika üzrə Avropa klub çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançısı da iştirak edəcək. Çempionata ən perspektivli atletimiz, Avropa çempionu Ramil Quliyev qatılacaq. 19 yaşlı həmyerlimiz Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Azərbaycanda peşəkar atletika klubu yoxdur.
Mənbə: AzərTAc
Qeyd edək ki, Azərbaycanda peşəkar atletika klubu yoxdur.
Mənbə: AzərTAc
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0