“Jan Klod Van Dam qorxur ki, sifətini pis günə qoyaram”
11.09.2009 - 11:11
1996-cı ildə keçirilən Olimpiya Oyunlarının çempionu, tailandlı boksçu Somluka Kamsinq gələn ilin martında məşhur kinoaktyor Jan-Klod Van Damla döyüşəcək. Apasport.az saytının məlumatına görə, 48 yaşlı Hollivud ulduzu ilə muay-tay boksuna çıxacaq asiyalı döyüşün baş tutmasını belə izah edib: “Mənə aktyorun nümayəndələri zəng vurub bu döyüşlə bağlı təklif irəli sürdülər. Onların bir şərti var idi ki, dirsəklə zərbələr olmaz. Bu da Van Damın üzünün pis günə qoyacağımdan qorxması ilə bağlıdır”.
Gələn ilin martında ABŞ-ın Las Veqas şəhərində təşkil olunacaq döyüş 2 dəqiqəlik 5 raunddan ibarət olacaq. Somluka bunun üçün 150 min dollar qonorar və 25 min dollar hazırlıq xərcləri üçün pul alacaq. Şounun translyasiyasından yığılan paranın 2 faizi də tailandlının olacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0