Danimarkaya 19 pəhləvanla
11.09.2009 - 17:36
Sentyabrın 21-dən 27-dək Danimarkanın Herninq şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan güləş yığmasının heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşıdakı yarışda ölkəmizin şərəfini 19 idmançı qoruyacaq.
Milli komandamızın heyəti Qazaxıstanla birgə keçirilən təlim-məşq toplanışı zamanı müəyyənləşib. AGF-nin I vitse-prezidenti Namiq Əliyev hazırlıq prosesindən öncə idmançılar qarşısında çıxış edərək, pəhləvanlarımıza böyük ümid bəslədiklərini söyləyib və onlara uğurlar arzulayıb.
Dünya çempionatına sərbəst güləş üzrə yığmamızın üzvlərindən Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qatılacaq. Yunan-Roma növündə Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (96 kq) güləşəcək. Qadınlardan ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) yer alıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0