Ramil Quliyev Avropanın ən yaxşı atleti seçilə bilər
17.09.2009 - 10:29
Avropa Yüngül Atletika Assosiasiyası ilin idmançısı adına namizədləri açıqlayıb. Apasport.az saytının xəbərinə görə, 40 namizəd arasında 19 yaşlı azərbaycanlı atlet Ramil Quliyev də var. Həmyerlimiz dünya çempionatının finalında 200 m məsafəyə qaçışda yeganə avropalı olub.
“Avropanın ən yaxşı yüngül atleti”nə sentyabrın 27-dək səs vermək olar. Qaliblər Avropanın Yüngül Atletika Assosiasiyasının oktyabrın 17 –də Budapeştdə keçiriləcək iclasında elan olunacaq və mükafatlandırılacaq.
2008-ci ildə Avropada ilin yüngül atletləri Yelena İsinbayeva və nizəatma üzrə olimpiya çempionu norveç Andreas Torklidsen olub.
AzərTac

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0