Azərbaycan yığması dünya çempionatında 52 ölkə arasında liderdir
25.09.2009 - 09:25
Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının xəbərinə görə, zəriflərin yarışında komanda hesabında 52 ölkə arasında hələlik birinci pillə Azərbaycan yığmasına məxsusdur. Komandamız (35 xal) ikinci pillədə qərarlaşan Yaponiyanı 4 xal qabaqlayır. Üçüncü yerdə qərarlaşan Kanada isə 26 xala malikdir.
Xatırladaq ki, qadın güləşçilərimizdən Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (59 kq) qızıl, Sona Əhmədli isə gümüş medal qazanıb.
Xatırladaq ki, qadın güləşçilərimizdən Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (59 kq) qızıl, Sona Əhmədli isə gümüş medal qazanıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0