1 ayda 3 qızıl
11.10.2009 - 17:32
Beynəlxalq qrossmeyster Vüqar Həşimov növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Apasport.az saytının xəbərinə görə, Makedoniyanın Oxrid şəhərində keçirilən şahmat üzrə 25-ci klublararası Avropa kubokunda İsrailin “Aşdod” komandasını təmsil edən həmyerlimiz öz lövhəsində ən yüksək nəticə göstərib və fərdi hesabda 6 oyundan 5 xal toplayaraq (4 qələbə, 2 heç-heçə) qızıl medala sahib çıxıb. İkinci yerə ukraynalı Yevgeni Miroşniçenko, üçüncü yerə isə Rusiya şahmatçısı Mixail İvanov layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın bir nömrəli şahmatçısı Vüqar Həşimov son ay ərzində iştirak etdiyi hər 3 turnirin qalibi olub.
AzərTac
Qeyd edək ki, Azərbaycanın bir nömrəli şahmatçısı Vüqar Həşimov son ay ərzində iştirak etdiyi hər 3 turnirin qalibi olub.
AzərTac
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0