Ermənistanı fəth etmiş həmyerlimiz Parisdə
20.10.2009 - 10:40
Oktyabrın 22-də Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında dünya çempionatı start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşıdakı yarışda ölkəmizin şərəfini 9 idmançı qoruyacaq.
Oğlanların çempionatında İlqar Müşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Orxan Dünyamalıyev (73 kq), Ramin Qurbanov (81 kq) və ötən ay Ermənistanda Avropa çempionu titulunu qazanmış Elmar Qasımov (100 kq) qüvvəsini sınayacaq. Xanım cüdoçularımızdan isə Ülviyyə Vəliyeva (48 kq), Turanə Seyidi (52 kq) və Kəmalə Hüseynzadə (57 kq) tatami üzərinə çıxacaq.
Dörd gün davam edəcək yarışa yığma üzvlərini məşqçilər Fərhad Məmmədovla Azər Şıxəliyev hazırlaşdırıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0