Kubalı məşqçilər dekabrda gəlir
21.10.2009 - 11:20
Azərbaycanın boks üzrə milli komandasının baş məşqçi vəzifəsini tutacaq kubalı mütəxəssis dekabrda Bakıya təşrif buyuracaq. Bu haqda apasport.az saytına Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abıyev məlumat verib. Onun sözlərinə görə, yığmamızda iki kubalı məşqçi işləyəcək.
“Onlardan biri baş məşqçi, digəri isə məşqçi funksiyasını yerinə yetirəcək. Lakin hələlik onların adları açıqlanmayıb. Çünki milli komandamızda çalışacaq məşqçiləri Kuba Boks Federasiyası müəyyənləşdirəcək. Biz qarşı tərəfə məktub yollayıb, bizə iki peşəkar mütəxəssis göndərməyi xahiş etmişik və müsbət cavab almışıq” - deyə Abıyev vurğulayıb.
ABF rəsmisi bildirib ki, kubalı məşqçilərlə tanışlığın 6-13 dekabr aralığında Bakıda AİBA prezidentinin şərəfinə keçiriləcək beynəlxalq turnirdə baş tutacağı gözlənilir. Abıyev, həmçinin hazırkı baş məşqçi Nəriman Abdullayevin də məsələsinə toxunub: “Nəriman müəllim “Rabitəçi” klubunda çalışır, akademiyada dərs verir. Əgər yığmada köməkçi işləmək istəsə, buna imkan yaradacağıq”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0