Azərbaycan dünya çempionatında ilk medalını qazandı
22.10.2009 - 21:05
Bu gün Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini 6 oğlan və 3 qız cüdoçu qoruyur. Çempionatın ilk günündə 3 həmyerlimiz tatami üzərinə çıxıb.
55 kq
Bu çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev birinci mərhələdə inamlı qələbə qazanıb. O, avstriyalı Matias Hemeri ippon fəndinə salıb. Cüdoçumuzun mükafatlara gedən yolda növbəti rəqibi Ermənistan idmançısı Qriqor İvanyan olub. Müşkiyev bu dəfə də yaxşı təsir bağışlayaraq, bədnam qonşularımızın nümayəndəsinə məğlubiyyət acısı daddırıb. Rəqibini bir vazari xalı ilə üstələyən İlqar 1/4 finala yüksəlib. Finaladək irəliləyən həmvətənimiz yalnız həlledici görüşdə yaponiyalı Toru Şişimeyə uduzaraq, gümüş medalla kifayətlənib.
60 kq
Yığmamızın digər üzvü Rasim Əsədullayev üçün isə çempionat vaxtından qabaq başa çatıb. İlkin mərhələdə Dimokritos Manousaridislə (Yunanıstan) qarşılaşan Rasim məğlubiyyətlə barışıb. Həmvətənimiz 1/4 final mərhələsindən tez uduzduğuna görə, təsəlliverici mərhələyə qatılmaq şansını da itirib.
48 kq
Bu gün bacarığını nümayiş etdirən yeganə xanım cüdoçumuz Ülviyyə Vəliyeva da medalsız qalıb. O, birinci görüşdə avstriyalı Anna Denqə uduzaraq, uğursuzluğa düçar olub.
Qeyd edək ki, qarşıdakı günlərdə Fəqan Eminoğlu (66 kq), Orxan Dünyamalıyev (73 kq), Ramin Qurbanov (81 kq), Elmar Qasımov (100 kq), eləcə də Turanə Seyidi (52 kq) və Kəmalə Hüseynzadə (57 kq) də qüvvəsini sınayacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0