Aqassi: Narkotikadan istifadə etmişəm
28.10.2009 - 18:00
Dünya tennisinin sabiq ulduzu Andre Aqassi narkotik maddələrdən yararlandığını etiraf edib. Apasport.az saytının məlumatına görə, karyerası ərzində 8 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olmuş 39 yaşlı amerikalı idmançı yeni yazdığı “Açıq avtobioqrafiya” kitabında başına gələnləri açıqlayıb.
Tennisçi 1997-ci ildə, karyerasının eniş dövründə narkotikadan istifadə etdiyini yazıb. Bundan başqa, Aqassi saçlarının tökülməsindən və 1997-ci ildən 1999-cu ilədək aktrisa Bruk Şeldslə yaşadığı uğursuz ailə həyatından da bəhs edib. Halbuki, Andre 22 yaşında “Uimbldon” turnirində qələbə qazandığı zaman uzun saçları ilə çoxlarını heyran etmişdi. Sonradan saçları tökülən və Brukdan ayrılan tennisçi almaniyalı həmkarı Şteffi Qrafla evlənib.
Aqassinin kitabı noyabrın 9-da satışa çıxarılacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0