Vüqar Həşimovla Şəhriyar Məmmədyarov dünya çempionatında!
09.11.2009 - 00:01
Noyabrın 16-dan 18-dək Moskvada blits şahmatı üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, planetin ən güclü qrossmeysterlərinin mübarizə aparacağı çempionatda Azərbaycan yığmasının üzvləri, Avropa çempionları Vüqar Həşimovla Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə həmçinin Vişvanatan Anand, Maqnus Karlsen, Vladimir Kramnik, Aleksandr Morozeviç, Peter Svidler, Anatoli Karpov, Ruslan Ponomaryov, Yudit Polqar və digər tanınmış şahmatçılar qüvvəsini sınayacaq.
AzərTac
AzərTac
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0