İki azərbaycanlı atlet dünya çempionatında
19.11.2009 - 18:34
Azərbaycanın fiziki qüsurlu atletləri dünya çempionatında iştirak etmək məqsədilə Hindistanın Banqalor şəhərinə yola düşüblər. Bu haqda apasport.az saytına Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda yadro itələmə üzrə paralimpiya çempionu Oluxan Musayev və üç təkanla və uzununa tullanma üzrə gənc və perspektivli idmançı Hüseyn Həsənov qüvvəsini sınayacaq. Atletlərimiz səfərə baş məşqçi Vaqif Müsədiq və məşqçi Ziyad Xəlfəyevin rəhbərliyi altında yollanıblar. Dünya çempionatı 22 noyabr - 2 dekabr aralığında olacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0