Ağırlıqqaldıranımız medalsız qaldı
21.11.2009 - 14:16
Koreyanın Qoyanq şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bu gün Azərbaycanın ilk təmsilçisi mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən öncə Zülfüqar Süleymanov podiuma çıxıb. 62 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız fəxri kürsüyə yüksələ bilməyib. 27 yaşlı atlet birdən 133, təkanla isə 165 kq-ın öhdəsindən gəlib. Toplam 298 kq nəticə göstərən Süleymanov 6-cı yeri tutub. Bu çəki dərəcəsində çinli Yancun Dinq (141+175 =316 kq) dünya çempionu tituluna yiyələnib.
Yığmamızın bolqarıstanlı baş məşqçisi Yanko Rusevin digər yetirmələri qarşıdakı günlərdə bacarıqlarını nümayiş etdirəcəklər. Sabah Sərdar Həsənov və Əfqan Bayramov (hər ikisi 69 kq), noyabrın 24-də Namiq Cəmilov (77 kq), noyabrın 26-da İntiqam Zairov (85 kq), noyabrın 27-də Rövşən Fətullayev və Nizami Paşayev (hər ikisi 94 kq) və nəhayət, noyabrın 29-da Əlibəy Səmədov (105 kq) medal qazanmağa çalışacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0