Azərbaycanda ilk FİDE məşqçisi
24.11.2009 - 09:47
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının kapitanı, əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev Türkiyənin Antalya şəhərində keçirilmiş FİDE-nin iclasında daha bir beynəlxalq ada layiq görülüb. Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Allahverdiyevə “FİDE məşqçisi” titulu verilib. Bununla da, o, ölkəmizdə ilk FİDE məşqçisi olub.
Həmçinin, AŞF-nin Bəstəçilik Komissiyasının sədr müavini İlham Əliyev də mükafatlandırılıb. Ona bəstəçilik üzrə “beynəlxalq hakim” adı təqdim olunub. Bəstəçilik üzrə yığmamızın baş məşqçisi olan Əliyev ölkəmizdə bu ada layiq görülmüş ilk idmançıdır.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0