“Neftçi” İSM Avropa klublarının kuboku yarışında
26.11.2009 - 16:39
Noyabrın 27-də Türkiyənin Bursa şəhərində sərbəst güləş üzrə Avropa klublarının kuboku uğrunda beynəlxalq yarışa start veriləcək. Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, turnirdə 7 ölkənin komandası iştirak edəcək. Avropa klublarının kuboku uğrunda yarışa Azərbaycanla yanaşı, Türkiyə, Rumıniya, Bolqarıstan, Makedoniya, Belarus və Gürcüstandan olan komandalar qatılacaqlar. Ölkəmizin idman şərəfini “Neftçi” İdman-Sağlamlıq Mərkəzi təmsil edəcək. Məşqçilər Namiq Quliyev və Əli Ələkbərovun rəhbərlik etdiyi komandanın heyətində Azər Paşayev (55 kq), Azad İsmayılov (60 kq), İbrahim Muxtarov (66 kq), Əşrəf Əliyev (74 kq), Roman Bəkirov (84 kq), Mehman İmanquliyev (96 kq) və Müslüm Müslümov (120 kq) yer alıb. Turnir üç gün davam edəcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0