“Neftçi” avrokubokda 3-cü yeri tutdu
01.12.2009 - 12:51
“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin komandası Türkiyənin Bursa şəhərində keçirilmiş sərbəst güləş üzrə Avropa klublarının kuboku uğrunda yarışda 3-cü yeri tutub. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Turnirdə “Neftçi”dən başqa, Türkiyə, Rumıniya, Bolqarıstan, Makedoniya, Belarus və Gürcüstan komandaları iştirak edib. Məşqçilər Namiq Quliyev və Əli Ələkbərovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Gürcüstan komandasına 4:3 məğlub olsa da, Belarus təmsilçisinə eyni hesabla qalib gələrək, yarımfinala yüksəlib. Lakin finala gedən yolda “Neftçi” İSM gələcək çempion Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəsi” klubuna uduzub - 1:6. Bununla da, komandamız bürünc medala layiq görülüb.
Qeyd edək ki, “Neftçi” İSM-in heyətində Azər Paşayev (55 kq), Azad İsmayılov (60 kq), İbrahim Muxtarov (66 kq), Əşrəf Əliyev (74 kq), Roman Bəkirov (84 kq), Mehman İmanquliyev (96 kq) və Müslüm Müslümov (120 kq) yer alıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0