Milli komandamızın fiaskosu
07.02.2010 - 19:25
Fransanın paytaxtı Parisdə təşkil olunmuş “Böyük Dəbilqə” turnirinə qatılan Azərbaycan cüdo yığması fiaskoya uğrayıb. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan 7 həmvətənimizdən heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Bu azmış kimi, Tərlan Kərimov (66 kq), Ramin Qurbanov (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), eləcə də yeganə qadın təmsilçimiz Ramilə Usubova (63 kq) elə ilk görüşdəcə məğlubiyyətlə barışıb. Medal qazanmağa ən yaxın 81 kq çəki dərəcəsində güləşən Elxan Rəcəbli olub. Öncə rusiyalı Murat Şadov, ardından kanadalı Kalem Kaçura qalib gələn Rəcəbli yarımfinala çıxa bilməyib. Onun qarşısını Antoine Jannin (Fransa) kəsib. Beləliklə, Elxan 5-ci yerlə kifayətlənib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0