İlk gündə 3 qızıl və 1 bürünc
13.02.2010 - 12:11
İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 38-ci beynəlxalq turnir start götürüb. Apasport.az saytının xəbərinə görə, 24 ölkədən 300-ə yaxın pəhləvanın qatıldığı turnirdə Azərbaycan güləşçiləri də qüvvələrini sınayır. Pəhləvanlarımız turnirin ilk günü 3 qızıl və 1 bürünc medal qazanıblar.
Turnirin ilk günü qadın güləşçilər 48, 59 və 72 kq çəki dərəcələrində mübarizə aparıblar. Qadınların yarışında Danimarkada keçirilən dünya çempionatının gümüş mükafatçısı Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) müvafiq olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya çempionu Yuliya Radkeviç isə 3-cü yer uğrunda Bolqarıstan idmançısına məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Kişilər arasında 55 və 74 kq çəki dərəcəsində gərgin keçən mübarizədə Mahmud Maqomedov (55 kq) bütün rəqiblərindən üstün olub. 74 kq çəki dərəcəsində təmsilçimiz Çamsulvara Çamsulvarayev isə 3-cü yer uğrunda görüşdə yerli türk pəhləvanına qalib gəlib və bürünc medala sahib olub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0