Həşimov Aronyanla da heç-heçə oynadı - YENİLƏNİB
16.02.2010 - 23:32
Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov İspaniyada təşkil olunan “Linares-2010” turnirində bu gün növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, ənənəvi yarışın IV turunda həmvətənimiz ermənistanlı Levon Aronyanla qarşılaşıb. Düşmən ölkə təmsilçisinə qarşı ağ fiqurlarla oynamasına baxmayaraq, partiya az öncə 48-ci dəqiqədə heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, əvvəlki 3 oyunun ikisində heç-heçə edən, birində Topalova uduzan Həşimov qələbə üzünə həsrətdir.
IV tur
Vüqar Həşimov (2759) - Levon Aronyan (Ermənistan, 2781) – 0,5:0,5
Boris Qelfand (İsrail, 2761) - Veselin Topalov (Bolqarıstan, 2805) – 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2736) - Fransisko Valyexo (İspaniya, 2705) – 0,5:0,5
Turnir cədvəli: 1-2.Topalov, Qrişuk 2,5 xal; 3-4.Valyexo, Aronyan 2; 5-6.Həşimov, Qelfand 1,5

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0