Xanım güləşçilərimiz “Drujba”da
16.02.2010 - 12:54
Fevralın 17-də Ukraynanın Bravari şəhərində yeniyetmə və gənc qızlar arasında güləş üzrə “Drujba” beynəlxalq turniri start götürəcək. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 7 pəhləvanımız qüvvəsini sınayacaq.
Yeniyetmələrin mübarizəsində Aydan Səfərli (46 kq), Kəmalə Əliyeva (49 kq), Patimat Baqomedova və Solmaz Həşimzadə (hər ikisi 52 kq), gənclərdə isə Marziget Baqomedova, Fatma Əhmədova (hər ikisi 51 kq) və Günay İsmayılova (55 kq) çıxış edəcək. Təmsilçilərimizi yarışa məşqçi Arif Fərmanov hazırlaşdırıb. Artıq Ukraynaya yollanmış heyətdə hakim Vüqar Şükürov də yer alıb. Turnir fevralın 20-dək davam edəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0