Milli komandamız Meksikaya gedir
20.02.2010 - 11:53
Azərbaycanın gənc taekvondoçuları Yeniyetmələrin I Olimpiya Oyunlarının təsnifat mərhələsində və 8-ci dünya çempionatında iştirak etmək üçün Meksikaya yollanacaqlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 3-4-də Tixuan şəhərində baş tutacaq seçmə yarışda İmran Zalov (55 kq), Səbuhi İsmayılzadə (63 kq), Aydın Bəhməlov (+73), eləcə də Türkanə Tahirli (49 kq) çıxış edəcəklər.
Martın 6-da isə elə həmin məkanda dünya çempionatı start götürəcək. Bu mötəbər turnirdə ölkəmizin şərəfini Ağarəsul Fərəcov (45 kq), Hüseyn Mehrəliyev (48 kq), İmran Zalov (55 kq), Məhəmməd Əbiyev (59 kq), Toğrul Yusubov (63 kq), Səbuhi İsmayılzadə (68 kq), Aydın Bəhməlov (+73 kq), həmçinin Təranə Məmmədova (42 kq), Nərminə Məmmədova (44 kq), Türkanə Tahirli (49 kq) və Fəridə Əzizova (55 kq) qoruyacaq. Çempionat 3 gün davam edəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0