3 qızıl və 3 bürünc medal
22.02.2010 - 12:40
Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin güləşçilərinin xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanın həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandaları iştirak edib. Pəhləvanlarımız 3 qızıl və 3 bürünc medal qazanıblar.
Sərbəst güləş üzrə milli komandamızın üzvü Cərbayıl Həsənov (66 kq), qadın güləşçilərimizdən Sona Əhmədli (59 kq) və Nadejda Sementsova (67 kq) bütün rəqiblərindən üstün olublar. Yuliya Radkeviç (59 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) isə bürünc medallara sahib olublar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0