1 qızıl, 1 gümüş
08.03.2010 - 13:21
Macarıstanın Sombateli şəhərində keçirilən yunan-Roma güləşi üzrə "Qızıl Qran-pri" turnirinin I mərhələsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 1 gümüş medalla başa vurub.
Nüfuzlu turnirin ikinci günündə Rövşən Bayramov finalda cənubi koreyalı Li Çanq-Beykə uduzaraq, gümüş medal qazanıb. O, təşkilatçılar tərəfindən verilən 700 dollar mükafata da sahib olub. İlk yarış günündə isə Həsən Əliyev (60 kq) qızıl medala sahib olub. Ümumi komanda hesabında Azərbaycan 30 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, "Qızıl Qran-pri" turnirinin I mərhələsində çıxış edən Orxan Əhmədov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq) Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (84 kq) medalsız qalıblar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0