Milli komandamız Türkiyə və Qazaxıstanı qabaqladı
09.03.2010 - 18:24
“Sərhədçi” Olimpiya İdman mərkəzində boks üzrə gənclər arasında ilk beynəlxalq “İpək Yolu” turniri başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycanla yanaşı, Əlcəzair, Gürcüstan, Rumıniya, Rusiya, Türkiyə, Qazaxıstan və Özbəkistan boksçuları da mübarizə aparıb.
33 həmyerlimizin qatıldığı turnirdə ümumilikdə, 11 çəki dərəcəsində 100-dən çox idmançı iştirak edib. Yarışda Salman Əlizadə (48 kq), Elvin Mirzəbəyli (51 kq), Anar Əliyev (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Aydın Məhəmməd (64 kq, Türkiyə), Doğan Tolqa (69 kq, Türkiyə), Vətən Hüseynli (75 kq), Aqşin Burak (81 kq, Türkiyə), Hacıbaba Hacıbabayev (91 kq), Fəqan Ömərov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komanda hesabında 8 qızıl, 4 gümüş və 5 bürünc medalla Azərbaycan birinci, Türkiyə 3 qızıl, 3 gümüş, 1 bürünc medalla ikinci, Qazaxıstan isə 2 gümüş və 2 bürünc mükafatla üçüncü yeri tutub.
AzərTac

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0