Kəmaləddin Heydərov: Tezliklə böyük nailiyyətlər qazanılacaq - VİDEO
12.03.2010 - 13:24
Bu gün Azərbaycan Boks Federasiyası (ABF) və Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında Bakıda gənclərin dünya çempionatının keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, “Qafqaz Point” otelində təşkil olunan mərasimdə sazişə ABF prezidenti Kəmaləddin Heydərovla AIBA prezidenti Çinq-Kuo Vu qol çəkiblər.
Öncə çıxış edən Çinq-Kuo Vu yenidən Bakıya gəldiyi üçün məmnun olduğunu bildirib: “Səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Ötən il Bakıda keçirilən “Prezident kuboku” uğrunda yarış Azərbaycan Boks Federasiyasının yüksək təşkilatçılıq bacarığını göstərdi. Kəmaləddin Heydərovun rəhbərliyi ilə bu federasiya bir sıra uğurlara imza atıb. Bunu nəzərə alıb 2010-cu il gənclərin dünya çempionatının təşkilatçılıq hüququnu Bakıya vermək qərarına gəldik. Yalnız AIBA deyil, WSB versiya üzrə yarışlar da Bakıda olacaq. Gənclərin dünya çempionatı çox böyük əhəmiyyət daşıyacaq. Çünki yarış Yeniyetmələrin I Olimpiya Oyunlarına lisenziya xarakterlidir”.
Bildirilib ki, dünya çempionatı boks tarixində gənclər arasında ən böyük turnir olacaq. Belə ki, 23 aprel – 1 may aralığında baş tutacaq yarışda iştirak üçün 106 ölkədən 659 boksçu qeydiyyatdan keçib. Bəzi ölkələr sənəd qəbulunda gecikdiklərindən, iştirakçıların sayının çox olacağı gözlənilir. Yarımfinal və final görüşləri bütün iştirakçı ölkələrə canlı yayımlanacaq. Çempionatda Sinqapur Olimpiadasına 44 lisenziyanın sahibi bilinəcək.
Daha sonra ABF prezidenti Kəmaləddin Heydərov nitq söyləyib: “Bu çox xoş hadisədir. AIBA prezidenti ikinci dəfədir Bakıda olur. Azərbaycanda olimpiya və qeyri-olimpiya növləri üzrə idmanın inkişafı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra vüsət alıb. Həmin vaxtdan idmana, gəncliyə, sağlamlığa münasibət olimpiya komplekslərinin inşasından başlanılıb. Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirir. İdmanda qazanılan uğurlar göz qabağındadır. Azərbaycan Boks Federasiyasının şərəfli yolu var. Ancaq müəyyən səbəblərdən son vaxtlar heç də yaxşı nəticələr əldə olunmayıb. ABF-in inkişafı üçün Milli Olimpiya Komitəsinin prezidenti tərəfindən müəyyən tapşırıqlar verilib. İnanırıq ki, tezliklə böyük nailiyyətlər qazanılacaq. Bu gün imzaladığımız sənəd AIBA-nın Azərbaycan boksuna böyük diqqət yönəltməsini göstərir. Ümidvaram ki, Azərbaycan boksu bundan sonra daha da inkişaf edəcək, boksçularımız bayrağımızı olimpiya oyunlarında yüksəyə qaldıracaqlar”.

- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
- BOK rəsmisi Bakıya gələcək
0
0