İradə Aşumova 32-ci oldu
15.03.2010 - 12:02
Azərbaycanın güllə atıcıları Norveçin Meraker şəhərində keçirilən Avropa çempionatında medal qazana bilməyiblər. Apasport.az saytının məlumatına görə, nə yığmamızın oynayan-məşqçisi İradə Aşumova, nə onun bacısı qızı Nigar Bağırova, nə də oğlu Ruslan Lunyov fəxri kürsüyə yüksəlib.
10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə hədəf atəş açma yarışında hər iki xanım idmançımız eyni xal toplayıb (376). Bu göstərici sayəsində Nigar Bağırova 31-ci, İradə Aşumova isə 32-ci olub. Güllə atıcılarımızın finala, yəni ilk “səkkiz”liyə düşmələri üçün 5 xalları çatmayıb.
Ruslan Lunyov da qitə çempionatında əliboş qalıb. O, 60 atəşin cəmində 600 mümkün xaldan 574-ni yığıb. Yekunda Lunyov 65 nəfər arasında 29-cu yeri tutub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0