Ukrayna yığması erməni güləşçisini Bakıya gətirməkdən çəkinir
16.03.2010 - 23:01
Ukrayna milli komandasının məşqçilər heyəti erməni əsilli sərbəst güləşçi Nikolay Ayvazyanı Bakıda keçiriləcək Avropa çempionatına gətirmək istəmir. Lent.az-ın məlumatına görə, bu haqda yığmanın məşqçisi Yuri Burakov “SPORTqlavred”ə açıqlama verib.
Burakovun fikrincə, 55 kq çəki dərəcəsində çıxış edən Ayvazyan İvan Yarıginin xatirəsinə “Qızıl Qran-pri” turnirində və Dünya Kubokunda uğursuzluğa düçar olsa da, Kiyevdə keçirilmiş beynəlxalq turnirin qalibi olub. Lakin millinin heyəti müəyyənləşdirilərkən, milli bağlılıq öz rolunu oynaya bilər: “İş ondadır ki, Ayvazyan əslən ermənidir. Ermənistan və Azərbaycan xalqlarının münasibətləri hamıya məlumdur. Ayvazyanın qarşısına psixoloji xarakterli vəzifə qoymamaq üçün onu Ukraynada saxlaya bilərlər. Əvəzində bu çəkidə Yuri Ledenyovu sınamaq olar”.
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı 13 – 18 apreldə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0