Dünya Kubokuna yollanan yığmamızın heyəti açıqlandı
19.03.2010 - 15:06
Martın 27-28-də Çinin Nanjing şəhərində qadın güləşi üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının xəbərinə görə, turnirdə qadınlardan ibarət yığma komandamızla yanaşı, Yaponiya, Kanada, Ukrayna, Rusiya, ABŞ, Monqolustan və Çin güləşçiləri mübarizə aparacaq.
Baş məşqçi Orest Skobelski və böyük məşqçi Kurban Kurbanovun rəhbərliyi altında Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Katerina Dombrovskaya (59 kq), Gözəl Zutova (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) Çinə yola düşəcək. Komandamızın heyətində Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov və həkim Əsmər Əliyeva da yer alacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0