Rekord transfer məbləği
19.03.2010 - 17:01
Stolüstü tennis növündə dünyanın ən bahalı transferi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Çinin “Şanxi” klubu adıçəkilən ölkənin nümayəndəsi, dünya reytinq sıralamasında 4-cü yerdə qərarlaşan Quo Yanı icarəyə götürmək üçün rekord məbləğdə pul xərcləyib.
Belə ki, Yanın 2 illik icarə haqqı 11,33 milyon yuan (təxminən 1,3 milyon manat) olub. Bu məbləğin 1,2 milyonu idmançının özünə, 3,25 milyonu onun keçmiş klubu “Pekin”ə, 6,8 milyonu isə Çin Stolüstü Tennis Federasiyasına çatacaq.
Çində basketbol və futbol yarışları son vaxtlar populyarlaşsa da, ölkədə ən sevimli idman növü stolüstü tennisdir. 26 yaşlı Quo Yan 2005-ci ildə dünya çempionatında gümüş medal qazanıb.
Qeyd edək ki, bundan öncə stolüstü tennisdə rekord transfer məbləği digər çinli Ma Linə aid idi. Kişilər arasında olimpiya çempionu olmuş Lin 4 il öncə 5 milyon yuan müqabilində “Şanxi”yə keçmişdi.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0