İradə Aşumova Almaniyada çempion oldu
29.03.2010 - 22:43
Almaniyanın Dortmund şəhərində kiçik kalibrli və pnevmatik silahdan güllə atıcılığı üzrə 26-cı İSAS beynəlxalq turniri keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycanı turnirdə Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova, gənclərin Avropa çempionatının gümüş mükafatçısı Nigar Bağırova, habelə Ruslan Lunyov və Rəsul Məmmədov təmsil edib.
Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni İradə Aşumova göstərib. O, pnevmatik silahdan atıcılıq yarışlarında 383 xalla 26 iştirakçı arasında qalib olub. Digər həmyerlimiz Nigar Bağırova 381 xalla dördüncü yeri tutub.
Kişilərin yarışında Ruslan Lunyov pnevmatik tapançadan atıcılıq üzrə ilk “səkkizliy”ə daxil olub. Final mərhələsinin yekunlarına görə o, 574 xalla 43 idmançı arasında altıncı yeri tutub. 568 xal toplayan Ruslan Məmmədovun debütü isə 13-cü yer olub.
AzərTac

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0