Rövşən Bayramov Avropa çempionatını buraxa bilər
04.04.2010 - 14:23
Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu, dünya birinciliyi və olimpiya oyunlarının mükafatçısı Rövşən Bayramov (55 kq) məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, Bayramov Macarıstandakı Qran-Pri yarışında ayağından xəsarət aldığından Avropa çempionatına hazırlaşan heyətdən kənarda qalmışdı.
İdmançı məşqlərə qatılsa da, hələlik qitə birinciliyində iştirak etməmək təhlükəsi var. Hadisələrin necə nəticələnəcəyi gələn həftə müəyyənləşəcək. Belə ki, yunan-Roma yığmasının baş məşqçisi Elçin Cəfərov məhz bu zaman heyəti açıqlayacaq.
Xatırladaq ki, yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatı aprelin 13-18-də Heydər Əliyev adına idman Konsert Kompleksində keçiriləcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0