Elnur Məmmədli Avropa çempionatına da aparılmır
05.04.2010 - 16:07
Cüdo üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığması növbəti təlim-məşq toplanışına yığışıb. Apasport.az saytının məlumatına görə, toplanış Zağulbada təşkil olunub.
Düşərgədə kifayət qədər adlı-sanlı idmançı var. Aprelin 3-də toyu olan olimpiya çempionu Elnur Məmmədli (73 kq), zədəsini yeni sağaldan ikiqat Avropa çempionu Kifayət Qasımova (57 kq) və Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev (100 kq) baş məşqçi Ağayar Axundzadənin sərəncamındadır. Amma Elnur və Kifayətin qitə birinciliyində yarışmayacağı dəqiqdir. Halbuki, Elnurun olimpiadadan sonra məhz bu yarışda karyerasını bərpa edəcəyi gözlənilirdi.
AÇ aprelin son həftəsində Avstriyada keçiriləcək. Axundzadə səfərə aparılacaq heyəti yarışdan 1 həftə qabaq açıqlayacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0