Avropa çempionatında ilk qazancımız bürünc oldu
06.04.2010 - 23:19
Ağır atletika üzrə Belarusun paytaxtı Minskdə start götürən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 4 idmançı ilə təmsil olunduğumuz yarışda 1 atletimiz çıxışını başa vurub.
62 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Süleymanov 2 hərəkətin cəminə görə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Birdənqaldırmada 132 kq çəkinin öhdəsindən gələn təmsilçimiz təkanla 162 kq çəkini ram edib. İki hərəkətin cəminə görə 294 kq ağırlığın “altına girən” Zülfüqar Süleymanov çempion - türkiyəli Erol Bilgindən 10 kq (139+165), gümüş mükafatçı rumıniyalı Antoniu Bucidən (135+165) isə 6 kq az qaldırıb.
Xatırladaq ki, 1 il əvvəl Budapeştdə keçirilən analoji yarışda cəmi 285 kq qaldıran Zülfüqar Süleymanov gümüş medal qazanmışdı (125+160).
Bu gün isə təmsilçilərimizdən 69 kq çəki dərəcəsində qüvvəsini sınayan Sərdar Həsənov mübarizəyə qoşulacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0