Ermənistan millisi Bakıya buraxılmadı
09.04.2010 - 13:40
Aprelin 13-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında Ermənistan yığması iştirak etməyəcək. Bu haqda Lent.az-a Azərbaycan Güləş Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) Ermənistan Güləş Federasiyasına (EGF) göndərdiyi məktubda bu ölkə təmsilçilərinin qitə çempionatına qatılmalarının mümkünsüzlüyünü bildirib. Sənəddə səbəb kimi çempionata çox az vaxt qalmasına baxmayaraq, Ermənistan tərəfinin hələ də sifariş ərizəsi göndərməməsi göstərilib.
Qeyd edək ki, AGF-nin I vitse-prezidenti Namiq Əliyev aprelin 8-də jurnalistlərə verdiyi açıqlamada EGF-nin iki ay öncə Avropa çempionatına gələcəkləri haqda məlumat verdikdən sonra iştiraklarını rəsmən təsdiqləmədiklərini bildirib. Buna görə də Azərbaycan tərəfi yarışadək vaxtın çox az qaldığını nəzərə alaraq, FİLA rəsmilərini bu haqda məlumatlandırıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0