Rusiya yığması Bakıya 3 olimpiya çempionu ilə gəlir
10.04.2010 - 10:54
Rusiyanın yunan-Roma növü güləş yığmasının Azərbaycana gələcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu aprelin 13-dən 18-dək Bakıda keçiriləcək Avropa çempionatına qatılacaq 7 idmançını sınaq döyüşlərindən sonra müəyyənləşdirib.
Şimal qonşularımız paytaxtımıza üç olimpiya çempionu ilə gəlir. Bunlar 2004-cü ildə Afina Olimpiadasının qalibi Aleksey Mişin (84 kq) və Pekin Yay Olimpiya oyunlarının qızıl mükafatçıları Nazir Mankiyevlə (55 kq) Aslanbəy Xuştovdur (96 kq). Digər çəkilərdəki güləşçilərdən Ambako Vaçadze (66 kq) Avropa çempionu (2007-ci il), Zaur Kuramaqomedov (60 kq) qitə birinciliyinin gümüş (2007), Ruslan Belxaroyev (74 kq) bürünc medalçısı (2009-cü il), Şoxruddi Ayubov isə Rusiya çempionatının mükafatçısıdır (2008 və 2009-cu il).
Qeyd edək ki, Aleksey Mişin yığmamızdan AÇ öncəsi qovulan güləşçi Denis Mişinin qardaşıdır.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0