Azərbaycan yığmasında dəyişiklik olmayacaq!
12.04.2010 - 09:15
“Azərbaycanın sərbəst güləş üzrə yığmasında heç bir dəyişiklik edilməyəcək. Adları açıqlanan bütün idmançılar Avropa çempionatında ölkəmizin idman şərəfini qoruyacaqlar”. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən veriblər.
Xatırladaq ki, Rusiya İdman Güləşi Federasiyası yığmamızın yeni legioneri Mahmud Maqomedovlə (55 kq) bağlı FİLA-ya şikayət etmişdi və onun Rusiya millisindən ayrılmasının 2 ili tamam olmadığı bildirilmişdi.
Azərbaycanda aprelin 13-18-də keçiriləcək Avropa çempionatında 37 ölkədən 450-yə yaxın güləşçi qüvvəsini sınayacaq. Bu ölkələrdən artıq 21-i Bakıdadır.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0