Avropa çempionatında bürünc medal
12.04.2010 - 10:15
Moskvada güc strukturları arasında veteran cüdoçuların I Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda Vergilər Nazirliyinin komandası təmsil edib.
18 komandanın mübarizə apardığı qitə birinciliyi komandamız üçün uğurlu olub. Belə ki, Litva və Almaniya Daxili İşlər Nazirliyini 4:1 hesabı ilə məğlub edən cüdoçularımız Rusiya Vergilər Nazirliyinin komandasına 5:0 hesabı ilə qalib gəliblər. Yalnız şimal qonşularımızın Daxili İşlər Nazirliyinin kollektivinə 2:3 hesabı ilə uduzan Azərbaycan Vergilər Nazirliyinin idmançıları yarışı bürünc medalla başa vurublar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0