Cəbrayıl Həsənov: Güclü olduğumu hər şeydən əvvəl özümə sübut etdim
13.04.2010 - 21:11
"Avropa çempionatına yaxşı hazırlaşmışdım. Qələbəmdə məşqçilərin əməyi böyükdür". Bu sözləri apasport.az saytına açıqlamasında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov (66 kq) deyib.
20 yaşlı pəhləvan bir neçə dəqiqə öncə qitə çempionu adına layiq görülüb. O, bu qələbə ilə özünü özünə sübut etdiyini deyib: "Ötən il Vilnüsdə Andrey Stadnikə uduzaraq, gümüşlə kifayətlənmişdim. Budəfəki rəqiblərim çox güclü idi. Ötən AÇ-dəki məğlubiyyətdən dərs çıxarmışdım. Güclü olduğumu hər şeydən əvvəl özümə sübut etdim".
Xatırladaq ki, Cəbrayıl Həsənov sərbəst güləş üzrə yığmamızda yer alan yeganə azərbaycanlıdır.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0