Rusiya yığması Azərbaycandan iki addım öndə
14.04.2010 - 10:43
Dünən Bakıda start götürən Avropa çempionatında sərbəst güləş üzrə 4 çəki üzrə keçirilən görüşlərin yekununa əsasən komanda hesabında Rusiya millisi 37 xalla birincidir. Apasport.az saytının məlumatına görə, 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan şimal qonşularımız qitə çempionatının ilk günündə bütün çəkilərdə fəxri kürsüdə yer alan yeganə ölkədir.
İkinci yerdəki Bolqarıstan yığmasının aktivində 31 xalı var. İlk “üçlüy”ü isə 29 xalla Azərbaycan komandası qapayır.
Xatırladaq ki, qitə çempionatının ilk günündə Azərbaycan idmançılarından Mahmud Maqomedov (55 kq) və Cəbrayıl Hüseynov (66 kq) qızıl, Şərif Şərifov gümüş medal qazanıblar. 120 kq çəkidə yarışan Əli İsayev isə mükafatçılar arasında yer almayıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0