Azərbaycan Avropa çempionatına 5 cüdoçu ilə yollanır
15.04.2010 - 14:14
Aprelin 22-24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa çempionatına qatılacaq ölkələrin və cüdoçuların sayı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda 45 ölkədən 305 idmançı mübarizə aparacaq.
Azərbaycan idmançılarının da qatılacağı turnirdə yalnız İtaliya millisi bütün çəkilərdə mübarizə aparacaq. Hazırda Zağulbada məşqlərini davam etdirən komandamız səfərə aprelin 20-də yola düşəcək.
Xatırladaq ki, Vyanada cüdoçularımızdan İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0