Azərbaycan boksçuları Kuba yığmasına qarşı
19.04.2010 - 12:20
Boks üzrə gənclər arasında dünya birinciliyində iştirak edəcək Azərbaycan millisində yeganə problem aradan qaldırılıb. Bu barədə apasport.az saytına komandamızın baş məşqçisi Şamil Əlimcanov məlumat verib. O bildirib ki, bir neçə döyüşdən sonra özünü yaxşı tərəfdən göstərən Kamran Baxşəliyev (60 kq) rəqiblərindən güclü olub və millinin heyətinə cəlb edilib.
Beləliklə, Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya birinciliyində Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Kamran Baxşəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (+91 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, heyət tam müəyyənləşdiyindən boksçularımız bu gün kubalı həmkarları ilə birgə məşq edəcək, sonra isə yoxlama döyüşləri keçirəcəklər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0