Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazandı
19.04.2010 - 22:35
Mahaçqalada tanınmış ictimai-siyasi xadim Məhəmməd Salam Umaxanovun xatirəsinə həsr olunan XII beynəlxalq boks turniri başa çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycanı yarışda Süleyman Süleymanov (57 kq), Elnur Əliyev (60 kq) və Kamran Mehdiyev (81 kq) təmsil edib. Həmvətənlərimizdən yalnız Elnur Əliyev Vətənə medalla qayıdıb. Gənclər arasında dünya birinciliyinin finalçısı bürünc medala sahib çıxıb.
Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, İsveç və Latviya boksçuları mübarizə aparıblar.
AzərTac
Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, İsveç və Latviya boksçuları mübarizə aparıblar.
AzərTac
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0