3 erməni boksçusu Bakıda nokauta düşdü
26.04.2010 - 15:12
Bakıda keçirilən gənc boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 6 idmançı ilə qatılan Ermənistan yığmasının ilk 2 gündə üç boksçu mübarizəni dayandırıb.
Belə ki, bu gün 48 kq çəki dərəcəsində rinqə çıxan Koryun Soqomonyan qazaxıstanlı Nurbek Ablazov qarşısında aciz qalıb. Rəqibindən aşkar şəkildə geri qalan erməni boksçusu sonda “ağ bayraq” qaldırıb. Onun “igidliyini” komanda yoldaşı da təkrarlayıb. Çəkisi 54 kq olan boksçuların mübarizəsində Hovannes Baçkov latviyalı Edqaras Skurdelislə döyüşdə məğlub olub.
Xatırladaq ki, dünən “Sərhədçi” Olimpiya İdman Kompleksində daha bir erməni - Karen Tonakanyanı yaxşıca əzişdiriblər. İngilis Anri Tomas ona Bakı rinqində hər ölkə təmsilçisinin qələbə qazanmasının asan olmadığını “başa salıb”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0