Yığmamız Avropa Kubokunda 1 qızıl və 4 bürünc medal qazandı
27.04.2010 - 10:54
Cüdo üzrə Çexiyanın Tepltse şəhərində keçirilən Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 27 ölkənin qatıldığı yarışda Azərbaycan komandası 7-ci yeri tutub.
19 cüdoçumuzun qüvvəsini sınadığı yarışda yığmamız 1 qızıl və 4 bürünc medal qazanıb. Belə ki, bütün rəqiblərinə qalib gələn Afiq Səfərli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehman Sadıqov (50 kq), İsgəndər Talışinski (55 kq), Cəlil Cəlilov (66 kq) və Adəm Ələsgərli (+ 90 kq) üçüncü yerlə kifayətləniblər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0