FİDE prezidenti Levon Aronyanın Bakıya gələcəyini istisna etmir
28.04.2010 - 14:16
“FİDE-nin Qran-Pri mərhələsi ilə bağlı məsələyə bu ayın sonunda tam aydınlıq gələcək. Biz həqiqətən də iddiaçıların iştirakını nəzərdə tutan bu turniri keçirməklə bağlı Bakıdan rəsmi təklif almışıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.
Azərbaycan məsul yarış sayılan Qran-Pri turnirinin növbəti mərhələsinə təşkilatçı olmağa hazırdır. Ancaq əsas problem erməni Levon Aronyanın Bakıdakı turnirdə iştirakı ilə bağlıdır. Buna aydınlıq gətirən İlyumjinov erməni tərəfi ilə çox danışıqlar apardıqlarını söyləyir: “Biz Ermənistan Şahmat Federasiyasının rəhbərliyi, bu ölkənin prezidenti Serj Sarksyanla çox ünsiyyət qurmuşuq. Bu, həm Drezden şəhərində Ümumdünya Şahmat Olimpiadası vaxtı, həm də Cermukda təşkil olunan “FİDE-nin Qran-Pri” mərhələsinin gedişində olub. Onu qeyd etmək istəyirəm ki, Sarkisyan Aronyanın Bakıdakı turnirdə mümkün iştirakı ilə heç vaxt narahatçılığını ifadə etməyib. Bildiyimə görə, Aronyan heç vaxt Bakıda oynamayacağını bəyan etməyib. Əgər iddiaçıların yarışının Bakıda keçirilməsi bağlı qərar qəbul olunarsa, mənə elə gəlir ki, Aronyanın orada iştirakı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına müsbət təsir edəcək”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0