Federasiya prezidenti Azərbaycan yığmasını “Barselona”ya bənzətdi
29.04.2010 - 23:08
“Azərbaycanın şahmat üzrə yığması dünyanın güclü kollektivlərindən biridir. Avropa çempionu olduqdan sonra millimiz dünya çempionatında potensialından zəif çıxış etdi və 4-cü oldu. Bu, komandanın zəifləməsi kimi qəbul edilməli deyil”. Apasport.az saytının xəbərinə görə, bu fikirləri “Prezident kuboku” turnirinin açılış mərasimindən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.
Rüstəmov hətta komandamızı “Barselona” ilə də müqayisə edib: “İnter”lə yarımfinal oyununda “Barselona” uduzsa da, ispanlar dünyanın ən güclü komandası hesab olunurlar. Onların yarışdan kənarlaşdırılması heç də zəif olmalarını əks etdirmir. İnanıram ki, bizim şahmatçılar da qələbələrini sıralayacaqlar”.
Federasiya başçısı Vüqar Həşimovun da millidən kənarda qalmasına münasibət bildirib: “Vüqar yaxşı oğlandır. Federasiyanın onunla heç bir problemi yoxdur və o hansısa zəif çıxışına görə, heyətdən kənarda qalmayıb”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0