Rauf Məmmədov zəif çıxışının səbəblərini açıqladı
01.05.2010 - 15:57
“İlk dəfə belə mötəbər turnirdə iştirak etdiyim üçün oyunum alınmadı. Püşkdən sonra birinci turda dünya çempionu Vladimir Kramniklə qarşılaşmağım da mənim üçün gözlənilməz oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Prezident kuboku” beynəlxalq şahmat turnirinin iştirakçısı Rauf Məmmədov deyib.
Milli komandamızın üzvü Bakıda keçirilən bu mötəbər turnirdə oyununun alınmamasını rəqiblərinin güclü olması ilə əlaqələndirib: “Yarış gərgin mübarizə şəraitində keçdi. Lakin burada güclü rəqiblərin yer alması mənim oyuna diktə etməyimə imkan vermədi. Bundan, əlavə, 7 oyundan dördünü qara fiqurlarla oynadım. Təbii ki, bu da nəticəyə öz təsirini göstərdi. İnanıram ki, “Prezident kuboku”nda iştirakım təcrübə baxımından gələcəkdə köməyimə gələcək”.
Qeyd edək ki, Rauf Məmmədov Bakıda keçirilən sürətli (rapid) şahmat üzrə keçirilən beynəlxalq “Prezident kuboku”nda 8 zəka sahibi arasında 2 xalla 7-ci olub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0