Boks üzrə böyüklər arasında dünya çempionatı Bakıda keçirilə bilər
03.05.2010 - 17:41
“Bakıda təşkil olunan dünya birinciliyi yüksək səviyyədə keçdi. Bu amil böyüklərin dünya çempionatına da ev sahibliyi etmək istəyən Azərbaycan üçün əlavə üstünlük olacaq”. Bunu “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən mətbuat konfransında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çing Kou Vu deyib.
AİBA prezidenti iyunda Mərakeşdə keçirəcək konfransda böyüklər arasında dünya çempionatını təşkil edəcək ölkənin adının müəyyənləşəcəyini deyib: “London Olimpiadasına lisenziya verəcək dünya çempionatına ev sahibliyi etmək istəyən bir neçə ölkə rəsmi təklif göndərib. Hətta bu ölkələr müxtəlif qitələri əhatə edir. Bunlar arasında Azərbaycan da var. Lakin indidən hansı ölkənin qalib gələcəyini demək çətindir. Bu mötəbər yarışın etibar ediləcəyi şəhər qaydalar çərçivəsində səsvermə ilə dəqiqləşəcək”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0